Yaşlı aktyor yerini cavan həmkarına təhvil verdi - ÖZÜ İSƏ YENİ LAYİHƏYƏ BAŞLADI

  • By admin
  • 06 İyun 2017 09:43

122464_gmg3kb5apa

“Kim milyoner olmak ister” verilişini aktyor Murad Yıldırıma təslim edən Səlcuq Yöntem yeni bir yarışma layihəsi ilə ekranlara qayıdır. 

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bununla da iki tanınmış aktyor televiziyada bir-biri ilə rəqib olacaq. S.Yöntem Fox TV-də “Milyonluq rəsm” adlı yeni veriliş hazırlayır. Formata əsasən, ekrana bir rəsm əsəri gələcək.

İştirakçı həmin şəkillə bağlı suala doğru cavab verərsə, pul ağacında növbəti pilləyə addım atacaq və 12 suala cavab verərsə, 1 milyonluq mükafatın sahibi olacaq.

Qeyd edək ki, “Kim milyoner olmak ister” ATV-də yayımlanır.

Gununsesi.info