Yaşlı cütlük səyahət adı ilə narkotik daşıyıblar

Lissabon məhkəməsi britaniyalı təqaüdçüləri Avropaya kokain daşımaqda təqsirli bilərək ümumilikdə səkkiz il iş kəsib.  

“Mirror” xəbər verir ki, 72 yaşlı Rocer Klark və kemiş həyat yoldaşı Syu “Marco Polo” kruiz gəmisində doqquz kiloqram kokain keçirmək istəyiblər.  

Klarkın sözlərinə görə, o, çamadanları dostuna aparıb və içində nə olduğunu bilməyib.

Dövlət ittihamçısı isə bildirib ki, cütlük narkotik qaçaqmalçılığı məqsədi ilə iki ilə dörd kruiz səyahəti ediblər. Səyahətlərin ümumi dəyəri 18 min funt sterlinq təşkil edib ki, bu da britaniyalıların təqaüdü ilə üst-üstə düşmür.

Sonradan Klark günahı boynuna alıb və beş illlik həbs cəzasına məhkum olunub. “İş” yoldaşına isə üç il həbs verilib.

Gununsesi.org