Yaşlı insanlar üçün zərərli məhsul açıqlandı

  • By admin
  • 13 Aprel 2022 11:04

Qreypfrutun tez-tez istifadəsi yaşlılar üçün ölümcül ola bilər. 

Gununsesi.info xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına müsahibəsində diyetoloq Yelena Solomatina danışıb.

Həkim izah edib ki, qreypfrut və onun şirəsi antihipertenziv və bəzi digər dərmanlarla birləşdirilməməlidir, çünki bu, ürək çatışmazlığına səbəb ola bilər. Həmçinin həkim qeyd edib ki, çox duzlu qidaların istifadəsi infarkt, insult və ölümlə nəticələnə bilən hipertoniyaya səbəb ola bilər. Diyetoloq peçenye və digər qənnadı məmulatlarından da imtina etməyi tövsiyə edir:

“Göyərtidən də sui-istifadə etməməlisiniz, onlardakı K vitamini qanın laxtalanmasını artıra bilər. Ancaq heyvan mənşəli məhsulları istisna etməyə dəyməz. Ətdən imtina bədəndə B12 vitamini çatışmazlığına səbəb ola bilər. Bu elementin olmaması sinir sisteminin pozulmasına – koordinasiya pozğunluğuna gətirib çıxara bilər, bunun nəticəsində yıxılmaq və zədələnmə ehtimalı yüksəkdir”.

Gununsesi.info