
Bakıda 56 yaşlı kişi itkin düşüb.
Gununsesi.org Oxu.Az-ın məlumatına istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu, Q.Məmmədov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Mehman Həmid oğlu Həmidov itkin düşüb.
Bu barədə hüquq-mühafizə orqanlarına onun xalası oğlu Orxan Vahab oğlu Hüseynov ərizə ilə müraciət edib.
O bildirib ki, M.Həmidov ötən gün evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org