Yaşlı qadın pulunu oğurlamaq istəyən gənc qızı döydü - FOTOLAR / VİDEO

  • By admin
  • 20 Sentyabr 2019 09:22

İngiltərədə 81 yaşlı Doren Cones bankomatdan pul çıxarmaq istəyərkən gənc qızın hücumuna məruz qalıb. 

Haberler”in məlumatına görə, gənc D.Conesin pullarını ələ keçirmək istəsə də, ahıl qadın onun arzusunu ürəyində qoyub.

Gənc qız bankomatdan pul çıxarmaq istəyən qadını uzun müddət izləyib, daha sonra isə əlindəki kağızı ona göstərərək, başını qatmağa çalışıb. Ancaq bu variant işə yaramayıb.

Doren hücumçunun saçından tutaraq, onu zərərsizləşdirib. Gənc qız ahıl qadının əlindən xilas olaraq, qaçmağa başlayıb.

Bir müddət sonra cinayətkar polis tərəfindən saxlanılıb.

Hadisə anbaan təhlükəsizlik kamerasına əks olunub.