
Fevralın 24-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə,Y. Camalov Azərbaycan ilə Cibuti arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib.
Daha sonra nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə dair nümayəndə heyətinə məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Anar
Gununsesi.info