Türkiyəli aktyor Yavuz Bingöl beşinci dəfə evlənməyə hazırlaşır.
Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, 59 yaşlı aktyor özündən 20 yaş kiçik memar sevgilisi Nilşah Ağaoğlu ilə nikah masasına oturacaq.
6 ildir birlikdə olan cütlüyün toyu oktyabrın 25-də Ayvalıkda baş tutacaq.
Qeyd edək ki, daha əvvəl 3 dəfə evlənən Yavuz Bingöl 4 avqust 2015-ci ildə müğənni Öykü Gürmanla dördüncü evliliyini edib. Məşhur cütlüyün xoşbəxtliyi qısa sürüb və onlar 2016-cı ildə boşanıb.
Gununsesi.info