Yaxın 5 ildə neftin qiyməti 60 dollar təşkil edəcək

  • By admin
  • 04 Aprel 2017 23:50

dollar neft

Argus agentliyi neftin qiyməti ilə bağlı proqnoza dəyişiklik edib.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, agentlik bildirib ki, yaxın beş ildə neftin qiyməti 60 dollar/barel təşkil edəcək.

Əvvəlki proqnozda agentlik növbəti beş il üçün “qara qızılın” qiyməti 75 dollar/barel olacağını bildirmişdir.

Qeyd edək ki, Argus Media neft bazarının qiymətləndirilməsi üzrə ixtisaslaşmış beynəlxalq müstəqil agentlikdir.

Gununsesi.info