Yaxın 5 ildə “ağıllı kənd”lər 2,5 trilyon dollar əlavə dəyər yaradacaq

  • By admin
  • 21 Noyabr 2022 12:29

Yaxın 5 ildə “ağıllı kənd” və “ağıllı şəhər”lərin dünyada yaradacağı əlavə iqtisadi dəyər 2,5 trilyon ABŞ dolları həcmində olacaq.

Gununsesi.info xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müvafiq qurumlarla birgə çalışaraq Dubay, Sinqapur, Berlin modellərini, təcrübəsini öyrənərək yeni konsepsiya hazırlayıb. Konsepsiya gələcəyə baxış, “Smart Azərbaycan” ideyası ilə ortaya qoyulub: “Smart Azərbaycan” dedikdə, əvvəlcə inteqrasiya olunmuş kommunal, İKT sahələri nəzərə alınıb. Bu sahələr bir-birindən ayrı təsəvvür edilə bilməz. Əgər bu sahələr inteqrasiya olunacaqsa, biz böyük həcmli məlumatlara sahib olacağıq”.

Rəşad Nəbiyev əlavə edib ki, məqsəd məlumatların dövlət qurumları ilə yanaşı özəl biznes üçün də əl çatan olmasıdır.

Gununsesi.info