Yaxın aylarda hipersəs raket sistemlərinin… - Putindən SENSASİON AÇIQLAMA

  • By admin
  • 31 İyul 2022 13:42

Hazırkı vəziyyətin dövlətdən adekvat və qətiyyətli addımlar tələb edir.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Baş Dəniz Paradında çıxışı zamanı deyib.

“Müasir şərait bizdən adekvat, operativ və qətiyyətli addımlar tələb edir. Əminəm ki, indiki nəsil matros və zabitlər Vətənin etibarlı, sarsılmaz dayağıdır. Bizim hamımız üçün Vətən müqəddəs məfhumdur, onun müdafiəsi hər birimiz üçün yüksək vəzifə, həyatın mənasıdır”, – deyə Putin vurğulayıb.

Rusiya dövlət başçısı yaxın aylarda Rusiya Federasiyası Silahlı Qüvvələrinə “Çirkon” hipersəs raket sistemlərinin verilməsinə başlanılacağını bildirib. O qeyd edib ki, ilk “Çirkon” “Admiral Qorşkov” gəmisinə veriləcək. Putinin sözlərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin silahlanması daim təkmilləşdirilir, ən son “Çirkon” hipersəs raket sistemlərinin isə dünyada analoqu yoxdur.

Qeyd edək ki, bu gün Hərbi Dəniz Günü şərəfinə əsas dəniz paradı Sankt-Peterburqda Nevski və Kronştadt reydlərində keçirilir. Bundan əvvəl Putin Kronştadta Hərbi Dəniz Qüvvələri Günü şərəfinə parad keçirmək üçün gəlib.

Sankt-Peterburq və Kronştadtda keçirilən paradda ümumilikdə 36 gəmi və kater, 4 sualtı qayıq, 7 yelkənli gəmi, 42 təyyarə, o cümlədən 3,5 mindən çox hərbi qulluqçu iştirak edir.

Gununsesi.info