“Türkiyədə hərbi çevriliş cəhdi Ankaranın iki addım atmasını sürətləndirəcək. Birincisi, Ankara-Moskva yaxınlaşması gözlənildiyindən də sürətlə gedəcək. Hazırda Türkiyədən rəsmi nümayəndə heyəti Moskvada görüşlər keçirir. Hər iki ölkə “türk axını” layihəsinə yenidən qayıdır, vizasız səfərlər də gündəmdədir. Kreml Ankara-Vaşinqton münasibətlərinin soyumasından məharətlə istifadə edəcək”.
Gununsesi.info-nun məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını avqustun 9-da Rusiyaya dəvət edib. O, deyib ki, ən maraqlısı odur ki, Putin Bakıda İlham Əliyevlə görüşdən bir gün sonra Sankt-Peterburqda Ərdoğanla görüşəcək.
“Ümumi mövzular (Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanla sərhədin açılması) ətrafında fikir mübadiləsinin aparılması mümkündür. İkncisi, Ərdoğanın yaxın aylarda Türkiyədə “Avropa İttifaqına üzv olaq, olmayaq?” sualı ətrafında referendum keçirəcəyi istisna deyil. Çünki, Türkiyədə həbslərin miqyası artdıca, Brüsselin Ankaranı tənqidləri artacaq, bu isə Ərdoğanın xoşuna gəlməyəcək”-deyə,o, sözlərinə əlavə edib.
Gununsesi.info