Yaxın Şərqdə gərginlik: Daha bir gəmi vuruldu

  • By admin
  • 16 Fevral 2024 10:15

Hücumları ilə qlobal ticarəti təhdid edən Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində İngiltərənin “LYCAVITOS” gəmisini vurduqlarını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri yazılı açıqlamasında Yəmənin cənubunda Ədən körfəzində yerləşən ingilis gəmisi “LYCAVITOS”u “uyğun dəniz raketi” ilə vurduqlarını bildirib.

Hücumun Fələstin xalqına dəstək məqsədi ilə həyata keçirildiyini bildirən Seri ABŞ və İngiltərənin Yəmənə qarşı hücumlara cavab vermək və Fələstin xalqına dəstək vermək üçün daha çox tədbir görmə prosesində olduğunu qeyd edib.

Hücumun nəticələri ilə bağlı məlumat verilməsə də, İngiltərədən hələlik açıqlama verilməyib.

Husilərə bağlı “Əl-Mesira” televiziyasının xəbərinə görə, ABŞ və İngiltərə Qırmızı dəniz sahilindəki Hudeyda şəhərinin Əl-Cebbane bölgəsində iki hücum həyata keçirib.

Hücumun nəticələri ilə bağlı məlumat verilməsə də, ABŞ və Böyük Britaniyadan hələlik heç bir açıqlama verilməyib.

“Əl-Mesira” televiziyası gün ərzində yayımladığı xəbərdə ABŞ və İngiltərənin Hudeydə şəhərinin Beytül-Fakif bölgəsinə hücum etdiyini açıqlayıb.

İranın dəstəklədiyi Yəməndəki husilər 31 oktyabr 2023-cü ildə İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri ticarət gəmilərini Yəmən sahillərində ələ keçirməyə başlayıblar və bəzilərinə pilotsuz hava gəmiləri və raketlərlə hücumlara başlayıblar.

Gununsesi.info