
ABŞ prezidenti Donald Tramp Fələstin lideri Mahmud Abbasla görüşdən sonra Yaxın Şərqdə sülh razılaşmasını imzalamaq üçün “yaxşı şans” olduğunu bildirib.
Gununsesi.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, “Biz bunu edəcəyik”, deyə Tramp Ağ Evdə Mahmud Abbasla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Mahmud Abbas Trampa sülh razılaşmasının “iki dövlətin” yanaşması, həmçinin 1967-ci ilə qədər olan ölkə sərhədlərinin nəzərə alınması əsasında həyata keçirilməsini istədiyini qeyd edib.
“Hazırda, cənab prezident, sizinlə bizim buna ümidimiz var “, deyə Mahmud Abbas bildirib. Tramp qeyd edib ki, hər iki xalq – Fələstin və İsrail bir-birinə qarşı zorakılığı dayandırmalıdır.
Mahmud Abbas İsrail münaqişəsi zamanı həbs olunan və ya həlak olan fələstinli ailələrinə təzminat verdiyi üçün təzyiqlərə məruz qalmışdı.
İsrailin fikrincə, Fələstin rəhbərliyi bu yolla terrorun yayılmasına köməklik edir. Lakin buna baxmayaraq, Mahmud Abbasın muxtariyyat daxilində nüfuzu kifayət qədər aşağıdır. Təzminatın dayandırılması isə onun nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxara bilər.
Bu ilin fevral ayında Tramp, İsrailin baş naziri Benjamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Yaxın Şərqdə “böyük” sülh razılaşmasına nail olacağını bəyan edib.
“Mən iki və bir dövlətə baxıram”, deyə o zaman etiraf edən Tramp “Mənə hər iki tərəfə uyğun gələn yanaşma xoş gəlir. Mənə istənilən variant uyğundur” demişdi.
O zaman Tramp ABŞ-ın uzun illərdir bu regiona qarşı davam edən prinsiplərindən və beynəlxalq siyasətindən uzaqlaşmışdı.
“İki dövlət” yanaşmasının mahiyyəti İsrail və Fələstin arasında münaqişənin 1967-ci ildə atəşkəsə qədərki Qərb sahillərində, Qəzza bölgəsində və Şərqi Yerusəlimdəki sərhəd xətlərində müstəqil Fələstin dövlətinin yaradılmasıyla başa çatmalıdır. Yeni dövlət İsraillə sülh şəraitində mövcud olmalıdır.
BMT-nin baş katibi Antonio Gutteres Trampın fevralda verdiyi bəyanatlardan sonra onun administrasiyasının iki dövləti dəstəkləmək konsepsiyasından uzaqlaşması barədə xəbərdarlıq etmişdi.
Gununsesi.info