Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin repressiyasından sonra Yaxın Şərqdə vəziyyət təhlükəli ssenari üzrə inkişaf edir.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, “Yaxın Şərqdə hadisələr çox təhlükəli ssenari üzrə inkişaf edir”.
İyulun 31-də İsrailin Tehrana endirdiyi zərbədən sonra İsmayıl Haniyə həyatını itirib.
Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, İran yaxın günlərdə nəzərəçarpacaq dərəcədə İsrailə hücuma hazırlaşır, avadanlıq ötürür və təlimlər keçirir.
Bundan əlavə, ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri narahatdırlar ki, bu dəfə İranın İsrailə hücumu həm də şiə Hizbullah hərəkatı və İranın digər etibarlı qüvvələrinin zərbələri ilə müşayiət oluna bilər.
İlhamə
Gununsesi.info