Yaxın zamanlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçiriləcək.
Gununsesi.info “Sputnik Ermənistan”-a istinadən xəbər verir ki, bu barədə məlumatı A.Mirzoyan parlamentdə çıxışı zamanı açıqlayıb.
“Tərəfdaşlar, vasitəçilər və beynəlxalq nümayəndələrdən danışıqların keçirilməsi ilə bağlı çox sayda təkliflər var”, – deyə Mirzoyan qeyd edib.