Qısa müddət ərzində cənab Hakan Fidan ölkəmizə üçüncü dəfə səfər edir. Ümumilikdə ölkələr arasında münasibətlər müxtəlif istiqamətlərdə yüksək səviyyədə davam edir. 2021-ci ildə ölkələrimiz arasında münasibətlər “Şuşa Bəyannaməsi” ilə strateji müttəfiqlik səviyyəsinə çatıb.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
“Bildirim ki, iki ölkənin iştirakı ilə müxtəlif platformalarda əməkdaşlıqlar da davam edir. Region ölkələri ilə də müxtəlif platformalarda fikir mübadiləsi aparılır. Yaxın vaxtlarda region ölkələri ilə üçtərəfli görüşlərin keçirilməsi də planlaşdırılır”, – o qeyd edib.
Gununsesi.info