Yaxınlarının itkin kimi axtardığı Cəmilə Türkiyədə imiş…

  • By admin
  • 07 Aprel 2021 20:21

Bir həftə əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evdən çıxaraq itkin düşən 30 yaşlı Cəmilə Əliyevanın yeri müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən yayılan  məlumata görə, C.Əliyevanın itkin düşməsi ilə bağlı yaxınlarının müraciəti əsasında araşdırma aparılıb.

Araşdırma nəticəsində məlum olub ki, Əliyeva Cəmilə Tehran qızı aprelin 1-də ölkə hüdudlarını tərk edərək Türkiyəyə gedib.

Qeyd edək ki, C.Əliyevanın bacısı Elnarə Arı bacısının “Məni axtarmayın” qeydinin ona məxsus olmadığını iddia etmişdi.

 

Gununsesi.info