“Yaxınlığında bulunduğumuz Atatürk Hava Limanına tanklar yerləşdirilib” - Azər Ayxan

  • By admin
  • 16 İyul 2016 00:53

azer

“Türkiyədə hərbi çevriliş oldu deyəsən. Türkiyə Silahlı Qüvvələrinin “Ordu TC yönətiminə əl qoydu” deyə ölkə mediasına elektron mesaj göndərilib”.

Gununsesi.info-nun məlumatına görə, bunu hazırda Türkiyənin İstanbul şəhərində olan “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan öz “Facebook” səhifəsində yazıb. “Allahın rəhmi gəlsin Türkiyəyə və xalqına. Bu ağır və qarışıq günlərdə biz də İstanbuldayıq. Yaxınlığında bulunduğumuz Atatürk Hava Limanına tanklar yerləşdirilib”-deyə, o, daha sonra yazıb.

Gununsesi.info