
“Amerikaya səfər” filminin ulduzu Con Eymos 84 yaşında vəfat edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb. Aktyor avqustun 21-də Los-Ancelesdə vəfat etsə də, lakin onun oğlu Kelli Kristofer indiyədək atasının ölümü barədə açıqlama verməyib.
Qeyd edək ki, aktyorluq karyerasına 70-ci illərdə başlayan Con 100-dən çox film və serialda rol alıb. Onlar arasında “Yaxşı vaxtlar”, “Qətli o yazdı”, “Amerikaya səfər 2”, “Şərq parkı”, “Ağaclardakı adamlar” kimi məşhur filmlər var.
Orxan Saffari