“Yay məktəbi”nə əlavə qeydiyyat başa çatıb

  • By admin
  • 24 İyul 2017 17:22

18

“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində təşkil olunan “Yay məktəbi”nin ikinci mərhələsi üçün elan edilən əlavə qeydiyyat başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Gununsesi.info-ya verdiyi məlumata görə, “Yay məktəbi”ndəki boş yerlər üçün qeydiyyat 11-20 iyul tarixlərində aparılıb.

VII və VIII sinfi bitirmiş şagirdlər “Məktəblinin dostu”nun “Facebook” səhifəsində yerləşdirilən elektron qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçiblər.

Nəticələrə əsasən, ümumilikdə “Yay məktəbi”ndə avqustun 1-dən 31-dək 400-dən artıq şagird iştirak edəcək.
Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”nin iyulun 3-də açılışı olub. Hazırda “Yay məktəbi”ndə V-VI sinif şagirdləri iştirak edirlər.

Anar
Gununsesi.info