Yayda vaskin vurdurmaq olar? – AÇIQLAMA

  • By admin
  • 03 İyun 2021 15:53

“İnsanları koronavirus əleyhinə peyvənd etdirməkdə fəslin əhəmiyyəti yoxdur. Sadəcə vətəndaşın istəyi olmalıdır”. 

Gununsesi.info-nun məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, insanlar hər bir fəsildə vaksinasiya oluna bilər:

“Yay fəslinin vaksinasiyaya heç bir aidiyyəti yoxdur. Qarşımıza qoyduğumuz hədəfə çatmaq üçün kütləvi vaksinasiya lazımdır. Hər kəs könüllü şəkildə peyvənd oluna bilər”.

“Güclü allergik reaksiyası olanlar və əvvəlki peyvəndləri çətin keçirənlər barədə koronavirus peyvəndindən imtina qərarını bu üzrə mütəxəssis verə bilər. Allergik reaksiyası olan şəxslərin artıq çox hissəsi peyvənd olunub və heç bir əks reaksiyası olmayıb”, – deyə T Eyvazov əlavə edib.