Yaylagül Ramazanova bu gün vətənə qayıdıb

  • By ilhame
  • 02 Avqust 2024 22:30

Kamandan Oxatma idman növündə olimpiadaya ilk lisenziya qazanan Yaylagül Ramazanova bu gün vətənə qayıdıb.

 

Gununsesi.info xəbər verir ki, o, 7 aylıq hamilə olmasına baxmayaraq, yarışlarda yüksək mübarizə əzmi nümayiş etdirib.

 

Qeyd edək ki, sıralama turuna 30-cu cütdə başlayan təmsilçimiz 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647 xal toplayıb. Milli üzvü mövsümdə ən yaxşı nəticəsinə imza atıb.

 

Y.Ramazanova 1/32 finalda Quxuan Anla (Çin) qarşılaşacaq. Onun rəqibi sıralama turunu 656 xalla 26-cı pillədə başa vurub.

Gununsesi.info