Əlbəttə, bu bir qədər bəsit və bayağı sual təsiri bağışlaya bilər.
Amma hər halda cavabıların bayağı olmayacağını ümid edirik.
Məsələn, bildiyiniz kimi Amerikada ikipartiyalı siyasi sistem mövcuddur. Ki yəni, bunlar da ibarətdir Demokrat və Republikaçılardan. Təbii, ABŞ-da digər siyasi partiyalar da var, amma onlar “cırtdan partiyalar” hesab olunur. Ən maraqlısı budur ki, həmin partiyaların hər biri özünü “üçüncü partiya” hesab edir.
Böyük Britaniyada 4 mühüm partiya vardır.
Cari ildə Rusiyada 77 siyasi partiyanın rəsmi qeydiyyatdan keçdiyi elan olunub.
Çində 9 partiya fəaliyyət göstərir, ən güclü partiya kommunist partiyası (ÇKP) hesab olunur. Qalan partiyalar dekorativ səciyyəlidir.
Hindistanda 20-20 partiya vardır.
Mənim bildiyimə görə, Türkiyədə əsasən 15 diqqətiçəkən partiya mövcuddur.
İtaliya parlamenti 25 partiya ilə təmsil olunsa da, ölkədə 50 siyasi qurum fəaliyyət göstərir.
İsveçrədə 19, İsveçdə 8, Moldaviyada 44, Özbəkistanda 10-11 partiya vardır.
Türkmənistanda 3 siyasi partiya qeydə alınıb, 5-6 partiya qeydiyyatsızdır.
Estoniyada 76 əsas , 7 ikincidərəcəli partiya fəaliyyət göstərir.
Tanzaniyada 2 partiya var.
Kubda cəmi 1 leqal partiya var Kuba KP.
Bəs Qafqazda siyasi partiyaların kəmiyyəti necədir?
Hələ 5-6 il öncə Gürcüstanda 216 (bəli, bəli, rəqəm səhv deyil) siyasi hərəkat və partiya qeydə alınmışdır. Ermənistanda isə 79 partiya qeydə alınıb.
Azərbaycanda hazırda 20 partiya mövcuddur.
Mən məsələyə hələlik subyektiv münasibət bildirmədən soruşmaq istəyirəm: Görəsən, hər ölkəyə neçə partiya lazımdır?
Firuz Mustafa,
Yazıçı, professor
Gununsesi.info