Yazıçı Tofiq Yaqublunu mübarizədən çəkinməyə çağırır - HEÇ NƏYİN XEYRİ YOXDUR

  • By admin
  • 22 Yanvar 2023 18:12

“Tofiq Yaqublu üçün sevindim. Səmimi deyim, məndən olsa, mübarizədən “təqaüd”ə çıxar. Çünki heç nəyin xeyri yoxdur”.

Gununsesi.info bildirir ki, bunu tanınmış yazıçı Şərif Ağayar sosial şəbəkədə yazıb.
O, daha sonra əlavə edib:

“Ümidsiz deyiləm, sadəcə gerçəklik budur. Məncə, bizim yeganə xilas yolumuz Rusiyada normal dövlətin qurulması və Qərbin sərt tələbləri ilə ölkəmizdə ciddi islahatların aparılmasıdır. Başqa variant yoxdur.

Əgər Orxan Pamukdan eyni fikri eşitməsəydim, bunları yazmağa cəsarət etməzdim. Yazıçı deyir ki, türk xalqı və türk hökuməti birləşib mövcud vəziyyətdən çıxmağı və sivil bir ölkə qurmağı bacarmır, buna görə mütərəqqi Qərbin dəstəyinə ciddi ehtiyac var.

Eynən Azərbaycanda da vəziyyət belədir. Bizdə alınmır, zorla deyil ki! Bu məsələ yalnız indiki hakimiyyətlə də bağlı deyil. Son iki yüz ildə aşağı-yuxarı heç vaxt aldıra bilməmişik və az-çox hər birimiz günahkarıq”.

Mətləb Yaqublu
Gununsesi.info