
“Azərbaycan Yazıçılar Birliyinin Elza Seyidcahan adlı üzvü yoxdur. Onun quruma üzv qəbul olunması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir”.
Gununsesi.info-nun məlumatına görə, bunu missiya.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza bəstəkar-müğənni Elza Seyidcahanın AYB üzvlüyünə qəbul olunması barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirərkən deyib.
Xəyal Rza qeyd edib ki, Elza Seyidcahan tanınmış bəstəkar və sevilən müğənnidir: “O, peşəkar musiqiçidir və bu sahədə kifayət qədər uğurları var. Lakin Elza xanım AYB üzvü deyil”.
Gununsesi.info