“Yazıçılar Birliyinin üzvlərinin böyük əksəriyyətinin mənzil şəraitləri çox bərbaddır” - ELMİRA AXUNDOVA

  • By admin
  • 13 Noyabr 2017 13:55

“Mən də hesab edirəm ki, mədəniyyət üçün büdcədə nəzərdə tutulan 304 milyonluq vəsait yetərli deyil. Amma bununla belə, bu boşluğu Heydər Əliyev Fondunun təşkil etdiyi kulturoloji aksiyalar doldura bilir. Bu Fond, Azərbaycanın birinci vitse-preidenti, hörmətli Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində mədəniyyət sahəsi ilə bağlı mühüm tədbirlər, aksiyalar keçirilir. Yəni, büdcədə mədəniyyət sahəsinə artırılan vəsait yetərli olmasa da, bu sahənin inkişafına diqqət göz önündədir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

Deputat bildirib ki, 2500-dən artıq üzvü olan Azərbaycan Yazıçılar Birliyinin (AJB) üzvlərinin böyük əksəriyyətinin maddi durumu ürəkaçan deyil: “Çoxlarının az qala yaşadığı mənzillər başlarına uçur. Mənzil şəraitləri çox bərbaddır. Onu da nəzərə alaq ki, yazıçıların böyük əksəriyyəti işləmir, onlar yazıb-pozurlar, yaradıcı fəaliyyətlə məşğul olurlar. Ona görə də onların öz maddi-sosial durumlarını, mənzil şəraitlərini yaxşılaşdırması mümkün deyil. Bu baxımdan, büdcədə bu sahənin insanlarına ayrıca vəsait nəzərdə tutulmalıdır. Bu, elə də böyük vəsiat təşkil etmir. İnanın ədəbiyyata, yaradıcı insanlara, yazıçı və şairlərə ayrılan, yönəldilən vəsait itmir, batmır, o, geri qayıdır, Azərbaycan dövlətinin mədəniyyətinin inkişafına, tanıdılması işinə xidmət edir. Odur ki, bu məqama daha ciddi diqqət yetirmək lazımdır”.

Gununsesi.info