
Frans Kafkanın yazıçılıq fəaliyyəti ilə nadir fikirlərini təqdim edən məktub hərraca çıxarılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
1915-ci ildə yazdığı “Metamorfoz” romanı ilə məşhurlaşan Praqa əsilli yəhudi yazıçı qısa həyatı boyu narahatlıq, ümidsizlik və təcridlə mübarizə aparıb. Onun yaradıcılıq prosesi haqqında çox az məlumat var.
Məlumata görə, Londondakı Sotheby’s hərracında 70-90 min funt-sterlinqə (89-115 min dollar) satılması gözlənilən bir səhifəlik məktubun 1920-ci ilə aid olduğu bildirilir.
Bu o deməkdir ki, roman Kafkanın üç il əvvəl diaqnozu qoyulmuş vərəm xəstəliyindən müalicə aldığı vaxt yazılıb.
Bildirilir ki, o sığorta şirkətindəki işindən vaxtaşırı xəstəlik məzuniyyəti alır və tez-tez sanatoriyalarda vaxt keçirirdi. 1922-ci ildə təqaüdə çıxıb və iki ildən sonra Vyana yaxınlığındakı klinikada ölüb.
Kafka dostu, Avstriya şairi Albert Ehrenstein-ə ünvanladığı məktubunda üç ildir heç nə yazmadığını bildirib: “İndi çap olunanlar köhnə əsərlərdir. Başqa işim yoxdur, hətta başlamamışam”.
Bu ədəbi sükunətin səbəbini izah edən Kafka qeyd edir: “Narahatlıq daxili varlığın müəyyən səviyyəsinə nüfuz etdikdə, əslində, yazmaq və şikayət etmək açıq-aşkar dayanır. Mənim müqavimətim o qədər də güclü deyil”.
Məlumata görə, məktub Erenşteynin jurnalına töhfə vermək istəyinə cavab olaraq yazılıb.
Erenşteyn bu tələbi Kafkanın bu yaxınlarda nəşr olunmuş əsərini, 1919-cu ildə Ein Landarzt (“Körpə həkimi”) qısa hekayələr toplusunu gördükdən sonra həyata keçirib.
Gununsesi.info