“Yazığı vurub öldürüm?” – Elnarədən Nigara cavab gəldi

  • By admin
  • 29 Noyabr 2019 12:58

Əməkdar artist Elnarə Abdullayeva sənətçi Nigar Camalın onu tanımamasına cavab verib.

Gununsesi.org xəbər verir ki, xanəndə “Show news” verilişinə açıqlamasında özünün də Nigarı tanımadığını deyib:

 “Nə edim, gedim vurub öldürüm yazığı? Tanımır da. Mən də onu belə tanımıram. Hələ bir soruşun, muğan ifaçıları kimisə bəyənir, ya yox? Biz şou adamı deyilik, muğam ifaçısıyıq. Xalqın dərrakəli, ağıllı, qabiliyyətli ifaçıları olmalıyıq.

Azərbaycan musiqisinin anasını, atasını çiynində gəzdirın bizik. Kiminsə bizi tanıyıb-tanımaması, bəyənib-bəyənməməsi önəmli deyil.  Biz Azərbaycan xalqının mədəniyyətinə xidmət edirik. Mədəniyyət də muğam və aşıq sənətidir”.

 

 

Gununsesi.org