
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bəzi mütəxəssislər yüksək keçirici kosmik simlərin ötürdüyü sürətli radio sıçrayışlarını yadplanetlilərin Yer kürəsinə göndərdiyi siqnal kimi qiymətləndirirlər. Dünyanın ən məşhur kosmos mütəxəssislərindən ibarət qrup isə yadplanetlilərin Yer kürəsi ilə əlaqəsini təkzib edib.
Çin və ABŞ alimləri bu hadisəni materiyanın özündə güclü elektromaqnit siqnalları saxlama gücünə malik olması ilə izah edib. Onlar hesab edirlər ki, hipotetik astronomik obyektlərin xarakteristikaları sürətli yayılan radiosıçrayışlar əsasında müəyyən edilir.
Bununla belə, həmin alimlər irəli sürülən versiyanın daha da dəqiqləşdirilməsi üçün uzunsürən müşahidələrə ehtiyac duyduqlarını vurğulayıblar.
Gununsesi.info