Yeganə qeyri-müəyyən məsələ Rusiya hərbçilərinin 2025-ci ildən sonra da burada qalıb-qalmayacağıdır - EKSPERT RƏYİ

Qarabağ erməniləri Bakının şərtlərini qəbul etdi.

Ermənistan ordusunun bölmələri çıxarılacaq, yerli erməni qüvvələri tərksilah olunacaq.

Sabah Yevlaxda Bakı və Qarabağ ermənilərinin təmsilçiləri arasında görüş keçiriləcək.

Qarabağ ermənilərinin reinteqrasiyası və Azərbaycan Konstitusiyası çərçivəsində hüquq və təhlükəsizliklərinin təmin olunması məsələləri müzakirə ediləcək. Bu, şübhəsiz ki, ciddi, hətta tarixi əhəmiyyətli uğurdur.

“DQR hekayəsi” bitdi.

Yeganə qeyri-müəyyən məsələ Rusiya hərbi kontingentinin 2025-ci ildən sonra da burada qalıb-qalmayacağıdır.

Bu barədə böyük ehtimalla Bakı ilə Moskva arasında müzakirə aparılıb və ya aparılacaq.

 

Şahin Cəfərli

Gununsesi.info