Yel çərşənbəsində 50 mindən çox ağac əkilib

  • By ilhame
  • 12 Mart 2024 20:00

Novruz bayramının 3-cü çərşənbəsi olan Yel çərşənbəsində bir gündə 50 044 ədəd müxtəlif növ ağac tingi əkilib, 100 kiloqram toxum səpilib.

Bunu Gununsesi.info-ya Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.

O qeyd edib ki, gün ərzində Quba, Şəki, Oğuz, Beyləqan, Ağcabədi, İmişli, Yevlax, Bərdə, Zərdab, Ağdaş, Göygöl, Goranboy, Ağstafa və Tovuz rayonlarının meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib, toxumlar səpilib.

Yaz əkin mövsümü başlayandan bugünədək ölkənin meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 1 285 000 ədəd müxtəlif növ ağac tingi əkilib, 10 200 kiloqram toxum səpilib.

Gununsesi.info