Sağlam komanda güclü komanda və müştərilərə daha yaxşı xidmət deməkdir. Bunu
anlayan Yelo Bank əməkdaşları üçün mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir.
Belə layihələrdən biri də ötən gün Paşa Sığortanın birgə təşkilatçılığı ilə keçirildi. Bankın
Baş ofisində Sağlam Ailə komandasının iştirakı ilə əməkdaşlar üçün ödənişsiz
Qlikohemoqlabin (gizli şəkər) və Vitamin D müayinəsi təşkil edilib.
Bu barədə Gununsesi.info-ya adıçəkilən bankdan verilən məlumatda bildirilir.
Məlumata görə, 2023-cü il Yelo Bank-da Sağlamlıq ili kimi qeyd edilir. Bank bundan öncə əməkdaşlarına
ödənişsiz göz müayinəsi, terapevt sessiyası təşkil edib, şəhərdən kənar turlar həyata
keçirib. Qeyd edək ki, əməkdaşların asudə vaxtlarında voleybol, basketbol, yoqa, futbol
və fitneslə məşğul olmaları üçün Yelo Bankın Baş ofis binasında zəruri şərait yaradılıb.
Bankın parlaq komandasının bir parçası olmaq istəyirsinizsə, vakansiyalarla tanış
olun: https://bit.ly/bank-vakansiya
Bank xidmətləri, eləcə də onlayn odeme haqqında əlavə sualınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!
Gununsesi.info