Yelo Bank əməkdaşları üçün maraqlı layihəyə imza atıb - FOTOLAR

  • By admin
  • 28 Oktyabr 2022 17:21

Bank əməkdaşlarının iştirakı ilə “Yelo Stars” tədbiri keçirildi

Yelo Bank əməkdaşları üçün maraqlı layihəyə imza atıb.

Bankdan Gununsesi.info-ya verilən məlumata görə, “Yelo Stars” adlı layihədə Bankın əməkdaşları və onların övladlarının iştirakı ilə klassik musiqili konsert təşkil olunub.

Tədbir Bank-ın Baş ofisinin tədbir zalında keçirilib. Konsertdə həmçinin, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, onun qadınlardan ibarət ilk kamera orkestri “Mezzo” və digər musiqili qonaqlar da iştirak ediblər. Tədbirə “Mezzo” orkestrinin çıxışı ilə start verildi. Daha sonra konsert Yelo Bank təmsilçilərinin və Fidan Hacıyevanın musiqi məktəbinin tələbələrinin çıxışı ilə davam etdi. Onların ifasında dahi bəstəkarların və klassik Azərbaycan musiqisinin şah əsərləri səsləndirildi. Fidan Hacıyeva və digər solistlərin “Azərbaycanım” mahnısı ilə yekunlaşan tədbirdə bütün iştirakçılar Bank tərəfindən fəxri “Yelo Stars” sertifikatı ilə təmin olundular.

Qeyd edək ki, “Yelo Stars” müsabiqəsinin ifaçıları müxtəlif departamentin əməkdaşları olub, fərqli peşələrdə fəaliyyət göstərirlər. Layihənin iştirakçıları arasında ən kiçiyi 7 yaşında olmaqla, Yelo əməkdaşlarının övladları da yer alırdı. Onların böyük əksəriyyəti peşəkar musiqi ilə məşğul olmasa da, istedadları ilə səhnədə ulduztək çıxış etdilər. Yelo Bank-ın bu tədbiri həyata keçirməkdə əsas məqsədi əməkdaşlarının musiqi fəaliyyətinə dəstək olmaq və onlara böyük auditoriyalı səhnədə ifa təcrübəsini yaşatmaq idi.

Xatırladaq ki, Yelo Bank bundan öncə 8 Mart – Qadınlar gününə həsr olunmuş konsertin təşkili ilə yadda qalıb. Baş ofisdə həyata keçirilmiş konsertdə Fidan Hacıyeva və onun “Mezzo” orkestri klassik seçmələrdən ibarət proqramla çıxış etmişdilər. Bu cür tədbirlərin keçirilməsi klassik musiqinin təbliğinə dəstək verir. Yelo Bank gələcəkdə öz tədbir zalında daha bir maraqlı layihə ilə gənc və həvəskar musiqiçilərə dəstək verməyi planlaşdırır.

Bank xidmətləri, həmçinin ipoteka haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

 

 

Günay

Gununsesi.info