Yelo Bank 3 mükafata layiq görüldü

  • By admin
  • 25 Fevral 2022 19:21
“Yelo Bank” Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 2021-ci ildəki fəaliyyətinə görə mükafatlara layiq görülüb.
Bank ötən il həyata keçirdiyi təşəbbüskar layihələrə və dəstək tədbirlərinə əsasən üç nominasiya üzrə dəyərləndirilib:
– İl ərzində keçirilmiş sosial layihələrə görə “Korporativ sosial məsuliyyət” mükafatı;
– Əhalinin maliyyə savadlığının inkişafına töhfə vermiş bank kimi “Ən fəal maliyyə savadlığı dəstəkçisi” mükafatı.
– Tələbələrin karyera imkanlarının genişləndirilməsi üçün reallaşdırılan proqramlara görə “Ən fəal təhsil dəstəkçisi” mükafatı.
Bank gələcəkdə də həm korporativ sosial məsuliyyət, həm də təhsil və maarifləndirmə istiqamətində təşəbbüskar addımlarını fəal şəkildə davam etdirəcək.
Gununsesi.info