Yelo Bank-da sağlamlıq mövzusunda info-sessiya keçirildi

Korporativ Sosial Məsuliyyət strategiyasını hər zaman prioritet tutan Yelo Bank daha bir layihəyə dəstək oldu. Bu dəfə “Üçüncü Bahar” İB-in təşəbbüsü və Bankın təşkilati dəstəyi ilə Baş ofisdə sağlamlıq mövzusunda info-sessiya keçirildi. İnfo-sessiyada tanınmış həkimlər: uzman oftalmoloq-cərrah Tural Qəlbinur və endokrinoloq Gülmira Hüseynova iştirak edirdilər. İnfo-sessiyada yaşlı insanlarda ən çox rast gəlinən xəstəliklərin, onların vaxtında aşkarlanması və mübarizə yolları ilə bağlı məlumatlar paylaşıldı. 150 nəfərə yaxın təqaüdçülərin qatıldığı görüşün müzakirə hissəsində isə bütün suallar həkim qonaqlar tərəfindən dolğun cavablandırıldı.

Xatırladaq ki, Yelo Bank-ın Baş ofisində təkcə Bankın öz daxili tədbirləri həyata keçirilmir. Bank cəmiyyətə faydalı, dəstək məqsədli başqa layihələrə ev sahibliyi də edir. İl sonunadək Yelo Bank-da müxtəlif sosial layihələrin də həyata keçirilməsi planlaşdırılır.

Bank xidmətləri, həmçinin, kredit sifarişi (https://www.yelo.az/az/individuals/online-services/loan_request/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Gununsesi.info