
Korporativ Sosial məsuliyyət strategiyası çərçivəsində Yelo Bank təşəbbüskar layihələrini davam etdirir.
Gununsesi.info bildirir ki, bank bu dəfə uşaq futbolunun inkişafı istiqamətində həyata keçirilən tədbirə dəstək olub.
Tədbir çərçivəsində Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdə yenidən qurulmuş futbol, basketbol və voleybol meydançaları şagirdlərin istifadəsinə verilib. Heydər Əliyev Fondu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə şagirdlərin təhsilə və idmana marağının artırılmasına xidmət edən hər bir təşəbbüsün əhəmiyyətindən danışılıb. Daha sonra məktəblilərə Yelo futbol formaları hədiyyə edilib. Sonda tam təmir olunmuş açıq hava meydançasında şagirdlər arasında yoldaşlıq oyunu baş tutub.
Xatırladaq ki, bundan öncə Yelo Bank “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə Cocuq Mərcanlı, Ağdaş və Gəncə məktəblilərinə dəstək olub. Bu ilin sonunadək layihənin digər bölgələrdə də reallaşdırılması planlaşdırılıb.