
Yelo Bank xidmət şəbəkəsini artırmaqla əhatə dairəsinigenişləndirməyə davam edir.
Gununsesi.info-nun xəbərinə görə, bank müştərilərə göstərilənxidmətlərin daha əlçatan olması üçün Ağcabədi şəhərindəilk rəqəmsal filialını istifadəyə verdi. Ənənəvi filiallardanfərqli olaraq burada bütün əməliyyatlar xəzinə olmadan, aparatlar vasitəsilə aparılır.
Filial müasir və funksional olmaqla yanaşı, digər filiallarkimi bankın “Parlaq Bankçılıq” şüarına uyğundur. Buradamüştərilərin rahatlığı üçün terminal və kompüterlərvasitəsilə bank xidmətlərindən istifadə etmək imkanıyaradılıb.
Filialda nağd pul, biznes kreditləri, Yelo debet kart və digərməhsulların sifarişi ilə bərabər, 24/7 rejimində hesablaramədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlifödənişlər də etmək mümkündür.
Filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətininsədri Anar Həsənov bildirib ki, yeni, rəqəmsal filialda üstünxidmət səviyyəsi təqdim olunacaq: ”Rəqəmsal filialımızAğcabədi sakinləri üçün maliyyə xidmətlərininəlçatanlığına və bankçılıq təcrübələrinin yenilənməsinəyönəlib. Burada ənənəvi bank modelindən uzaqlaşaraqmüştərilərimizə daha sürətli və rahat xidmət göstəriləcək. Əsas məqsədimiz strategiyamıza uyğun olaraqregionlarda fəaliyyətimizi daha da genişləndirmək, müştərilərin daha çox vaxt sərf etdiyi xidmətləri və bank əməliyyatlarını rəqəmsallaşdırmaqdır. Gələcəkdərəqəmsal filiallarımızın çoxaldılması nəzərdə tutulub.”
Rəqəmsal filial Ağcabədi şəhəri, Məmməd ƏminRəsulzadə küçəsi, 200A ünvanında, LUKOYL YDM ərazisində fəaliyyət göstərir. Qeyd edək ki, Yelo Bank daha öncə LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıqçərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verib. Hazırda Yelo Bank-ın 15 filialı və 1 özünəxidmət mərkəzifəaliyyət göstərir.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!
Gununsesi.info