Yelo Bankın baş sponsorluğu, Graphic Design Azerbaijan qrupu və Rəsul Həsənin təşkilatçılığı ilə 24 sentyabr 2022-ci il tarixində EGP Arenada “Bakı Dizayn Festivalı” baş tutub.
Gununsüsi.info-nun xəbərinə görə, bu il festival Azərbaycanın dahi rəssamı ƏzimƏzimzadəyə həsr olunub.
Ölkəmizdə ilk dəfə baş tutan Dizayn Festivalının əsasməqsədi yaradıcı şəxslər arasında fikir mübadiləsini təminetmək, dizayn sahələrinə olan marağı artırmaq, yeni dizayn sahələrini təbliğ etmək və gənc sənətkarlaraözlərini göstərmək imkanı yaratmaqdır. Bakı DizaynFestivalı Azərbaycanda dizaynın inkişafı istiqamətinəgüclü təkan vermək niyyətindədir. Bu ilki festivalda xalqrəssamı Arif Hüseynov, kreativ direktor Orxan Kərimov, memar Aytac Əkbərli, kreativ direktor ABD Malik, fotoqrafRaj Steven, kreativ direktor Ersel Serdarlı çıxış edərək özböyük təcrübələrini auditoriya ilə bölüşdülər.
Festival çərçivəsində müxtəlif yaradıcılıq stendləri, art-instalyasiyalar sərgiləndi. Yaradıcılıq zonasının bu ilkimövzusu qlobal istiləşmə və su probləmləri idi. Məhz buna görə rəssamlar damcı şəkilli maketlər üzərindərəsm çəkdilər. Bundan başqa qrafitti rəssamları onlar üçünayrılmış xüsusi zonada öz yaradıcılıqlarını sərgilədilər. Art zonada rəngkarlar Ramilə Şamilova, Anar Şəmsi, RozaMuradova, Zöhrab Salam-Zadə, Aynur Mustafayeva, Orxan Qarayev, Nigar Niyazova, Ruhulla Həsənzadə, Nigar Familsoy, Erkin Ələkbərli, Vüsalə Ağarazıyeva, qraffiti rəssamları Azy, Fizzo Chi, Tovarich, Wave iştirakedirdi. Festivalda, həmçinin, Həbibə Hüseynova, Məmməd Rəşidov, Ramina Boçarova, Murad Vəliyev vədigər sənətkarların art-instalyasiyaları da sərgiləndi.
Festival zamanı 44 günlük Vətən Müharibəsi iştirakçısıolan dizaynerlər də səhnəyə dəvət edildi, onlara üçün xüsusihədiyyələr təqdim olundu.
Dizayn festivalı ənənəvi olaraq ildə bir dəfə keçirilməsi nəzərdə tutulur. Festival haqqında ətraflı məlumat üçün: https://bakudesignfestival.com/
Qeyd edək ki, Korporativ Sosial Məsuliyyət Yelo Bank-ın əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Bank həm öz təşəbbüsü ilə gənclərə dəstək layihələrinə imza atıb, həmçinin, faydalı bir neçə layihələrin həyata keçirilməsinə öz töhfəsini verib. Bank gələcəkdə də maraqlı və parlaq layihələri həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.
Bank xidmətləri, cümlədən, valyuta kursları haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.