“Yelo Bank” təmizlik xidmətinin göstərilməsi üçün tender keçirir

  • By admin
  • 14 Aprel 2022 17:54

“Yelo Bank” ASC, Bankın filiallarında təmizlik xidmətinin göstərilməsi məqsədilə açıq tender elan edir.

Texniki şərtlər, tenderdə iştirakını təsdiqləyən şirkətlərə, elektron məktub vasitəsilə göndəriləcək.

1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Qiymət təklifi (Azərbaycan manatı və ƏDV iləqeyd olunmalı)
Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə email vasitəsilə göndəriləcək)
İddiaçının hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Tender təklifini təqdim edən şirkətin aidiyyətisahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat, portfolio və s.)
Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər (Tender qalibi elan  olunduqdansonra)
2. Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:
İştirakçı şirkətin bu sahədə təcrübəsi
Təklif edilən xidmətin keyfiyyəti
Təklif ediləcək xidmətin qiyməti
3. Tender təklifinin təqdim edilməsi üçün son tarix:
Tender təklifləri 22 aprel 2022-ci il, Bakı vaxtı iləsaat 18:00-a qədər Bakı ş. Həsən Bəy Zərdabi küçəsi 81 K ünvanına təqdim edilməlidir
Zərflər bağlı və hər küncü möhürlənməlidir
Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul olunmayacaq
4. Ödəniş və digər şərtlər
Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 10%-i həcmində Bank zəmanəti təqdim etməlidir. Əks halda zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30%ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

5. Satınalan təşkilatın ünvanı

Bakı ş. Həsənbəy Zərdabi 81K,

Əlaqələndirici şəxs:

Həcər Kamalova

Təchizat və satınalma şöbəsinin mütəxəssisi
+99412 981 daxili 2057
+99450 710 73 43

hajar.kamalova@yelo.az

procurement@yelo.az

6. Tenderin nəticəsi haqqında məlumat

Tenderin nəticəsi haqqında məlumat tenderin hərbir iştirakçısına təqdim ediləcəkdir.

 

Gununsesi.info