Yelo Bank tender elan edir

  • By admin
  • 05 Yanvar 2023 17:29

Yelo Bank promo məhsulları çap işləri üzrə açıq tender elan edir.
Bu barədə adıçəkilən bankdan Gununsesi.info-ya daxil olan xəbərdə deyilir.

Bildirilir ki, tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

–    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;

–    Ödəmə qabiliyyəti olmalı;

–    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;

–    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;

–    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

–    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı.

Texniki şərtlərlə tanış olub, tenderdə iştiraka dair sorğu hazırlamaq üçün keçid edin – https://www.yelo.az/az/news/tender-elani-promo/


Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 05.02.2023,saat 17:00-da başa çatır. 

 
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Gununsesi.info