Yelo Bank “Yelaw Boot Camp” proqramını elan edir

Gənclər üçün təcrübə proqramları və silsilə layihələr həyata keçirən Yelo Bank növbəti proqrama start verir. Bu dəfə “Yelaw Boot Camp” proqramı vasitəsilə bank fəaliyyətinin hüquqi tənzimlənməsi üzrə kadr hazırlığı həyata keçiriləcək. Layihəyə seçilən gənclər praktiki biliklərə yiyələnəcək, korporativ iş mühiti ilə tanış olacaq və real karyera imkanı əldə edəcəklər.

Ali təhsil müəssisələrin hüquq üzrə bakalavr və magistr pilləsində təhsil alan, eləcə də yenicə məzun olmuş gənclər proqrama müraciət edə bilərlər. Müraciətlər onlayn qaydada aparılır, iştirak etmək istəyənlər BURADAN qeydiyyatdan keçə bilərlər. Tələblərə uyğun namizədlər test mərhələsini keçdikdən sonra müsahibəyə dəvət ediləcək. Hər iki mərhələdən uğurla keçən 15 gənc proqramda iştirak hüququ qazanacaq.

5 həftə ərzində iştirakçılar bank fəaliyyətinin hüquqi tənzimlənməsinə dair təkcə nəzəri deyil, həm də praktiki biliklərə yiyələnəcəklər. Bankın təşkil etdiyi təlimlər peşəkar hüquqşünaslarının mentorluğu ilə baş tutacaqdır. Proqramı uğurla başa vurmuş iştirakçılar dərhal Yelo Bank-da işlə təmin olunacaqlar.

Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq Yelo Bank təcrübəsiz, lakin istedadlı kadrların yetişdirilməsinə və onların inkişafının dəstəklənməsinə önəm verir. Bu və digər layihələr ilə bağlı ətraflı məlumatı yelo.az veb-saytını ziyarət edərək və ya Bankın rəsmi sosial media hesablarına yazaraq əldə edə bilərsiniz.

Valyuta məzənnəsi haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

 

Gununsesi.info