Yeməyə görə qızlarını satan əfqan ailələləri - TALİBAN ƏFQANISTANI DƏHŞƏTLİ DÖVRÜNÜ YAŞAYIR / FOTOLAR + VİDEO

  • By admin
  • 07 Fevral 2022 16:33

Pula və yeməyə görə qızlarını satan əfqan ailələrinin sayı hər keçən gün artır.

Talibanın hakimiyyətə gəldiyi Əfqanıstanda insanların yaşam mücadələsi günü-gündən çətinləşir. Hətta bəzi ailələr artıq öz qızlarını ya satır vəya ölkədə qəbul olunandan daha ərkən yaşda ərə verirlər. Əslində qız uşaqlarının alveri və onların uşaq vaxtı zorla ərə verilməsi artıq Əfqanıstanda adi bir hal alıb, lakin son aylarda bu məsələlər daha da radikal bir hal alıb.

8 yaşlı Aşonu 23 yaşlı əfqan gəncinə 300.000 afqaniyə (təqribən 3000$) satıblar. Şükriyə isə hələ 18 aylıqdı amma artıq onun atası Şükriyəni 2800 dollara satmaq qərarına gəlib. Aşonun anası onların aclıq çəkdiklərini, onların yemək almağa pullarının olmadığını və qızlarını yemək ala bilmək və yığılan borcları qaytarmaq üçün satdıqlarını deyib:

“Bizim başqa əlacımız yox idi. Bunun səf bir addım olduğunu bilirik. Allahımız və onun Peyğəmbəri bizə belə bir addım atmağı buyurmayıblar amma biz buna məcbur idik”

2 qız uşağı atası olan Məhəmməd Assan isə deyir:

“2 qızımı çəkdiyimiz açlıqdan və qaçqınlar düşərgəsində yaşadığımız çətinliklərə görə satdım, başqa əlacım yox idi”.

“Alıcı”nın pulu yoxdursa valideyinlər qızlarınını cürbəcür silahlara vəya kiçik buynuzlu heyvanlara dəyişirlər.

2 qızı olan Kaylan deyir:

“Nəcibə mənim qızımdır. Mən onu 50 000 afqaniyə ($500) satmışam. Onun əri hələki 25 000 afqani ($250) ödəyib. O pulun qalan hissəsini ödədikdən sonra Nəcibəni apara bilər”.

Talibanın hakimiyyətə gəlməsi, onsuzda çətin şərtlərdə yaşayan Əfqanistan xalqını daha da çətin bir vəziyyətə salıb. Ölkədə qida məhsullarının qiyməti kəskin artıb, milli valyuta dəyər itirib və ölkə xaricindən gələn humanitar yardımlar azalıb.

 

 

 

Ned Cavadov

Gununsesi.info