Yenə tıxac var - 13 yolda

  • By Günel
  • 19 Sentyabr 2024 09:23

Bakının bir sıra yollarında tıxac yaranıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, hər iki istiqamətdə;

3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

4. Babək prospekti, mərkəz istiqamətində;

5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

8. Mikaylı Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

9. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

10. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

11. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

12. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

13. 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.



Gununsesi.info