Yeni 3D implant sümük sınıqlarını müalicə edərək təbii sümüyə çevrilir

  • By admin
  • 29 Dekabr 2017 10:56

Çoxsaylı sümük sınıqları zamanı metaldan hazırlanmış xüsusi implantdan istifadə olunur. Zədələnmiş sümük sınıqları vint və ştiflərin köməyi ilə  bərkidilir və onların bitişməsi təmin olunur. Ancaq bu proses çox ləng və ağrılı gedir.
 
Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, Sidney Universitetində işləyən alimlər qrupu tərəfindən hazırlanmış yenilik əsl inqilab sayıla bilər. Keramikdən hazırlanmış 3D implant sümük sınıqlarını bir yerdə bərkidərək sonradan təbii sümüyə çevrilir.

İmplant artıq dovşanlarda sümük sınıqlarının bərpası zamanı özünü yaxşı tərəfdən göstərib. Bundan başqa, yaxın vaxtlarda qoyunlar üzərində aparılmış analoji sınıqlar zamanı qeydə alınmış nəticələr dərc ediləcək. Sınaqlarda iştirak etmiş 8 heyvanın hər birində sümük sınıqlarının bərpası uğurla keçib.

Gununsesi.info