Yeni alqoritm sayəsində smartfonun kamerası ilə peşəkar şəkillər çəkmək mümkün olacaq

  • By admin
  • 03 Avqust 2017 23:25

1501754394439483475_1000x669

Yeni alqoritm sayəsində smartfonun kamerası ilə peşəkar şəkillər çəkmək mümkün olacaq.

Gununsesi.info “4pda.ru” saytına istinadən xəbər verir ki, “Google” şirkəti ilə Massaçusets Texnologiya İnstitutunun (“MIT”) birgə əməkdaşlığı nəticəsində qeyri-adi fotoredaktor yaradılıb. Bu fotoredaktorun köməyi ilə şəklin keyfiyyətini xeyli yaxşılaşdırmaq mümkündür, sanki şəkil peşəkar fotoqraf tərəfindən çəkilib. Alimlər bu alqoritmin yaradılması üçün kompüter təlimindən istifadə ediblər.

Neyron şəbəkəsinin yoxlanması zamanı “Adobe” və “MIT” tərəfindən yaradılmış 5 ədəd şəkil seçilib. Hər bir şəkil 5 müxtəlif fotoqraf tərəfindən retuş edilib. Orijinal şəkilləri onların redaktə edilmiş surətləri ilə müqayisə edən neyron şəbəkəsi şəkillərin keyfiyyətini yaxşılaşdırmaq üçün öz alqoritmini hazırlayıb.

Gununsesi.info