Yeni artımdan sonra sahibkarların aylıq sosial sığorta ödənişləri nə qədər olacaq? - İNFOQRAFİKA

  • By admin
  • 12 Yanvar 2023 10:55
“Yanvar ayının 1-dən etibarən ölkədə minimum əmək haqqı (MƏH) 15% artırılaraq 345 manata çatdırıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, artım minimum əməkhaqqı alan və Vahid Tarif Cədvəli üzrə işləyən 700 min nəfəri əhatə edəcək. Açığı bu rəqəm suallar doğurur”.
Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib.
“Çünki 700 min nəfərin kimlər olduğunu müəyyənləşdirmək üçün zəruri olan statistik göstəricilər, o cümlədən dövlət büdcəsindən maliyyəşən işçilərin sayının bölgüsü açıqlanmır.
Digər tərəfdən hər dəfə MƏH-in artımı fərdi sahibkarlar üçün sosial vergi yükünün və icbari tibbi sığorta haqlarının artması deməkdir”.
“Yeni artımdan sonra sahibkarların aylıq sosial sığorta ödənişləri nə qədər olacaq” sualına isə ekspert Bakı Araşdırmalar Mərkəzinin hazırladığı infoqrafikada cavabın olduğunu deyib.
Afət Abbasova

Gununsesi.info