Yeni Bakı Gəmiqayırma Zavodunda gəmi-bərə tikiləcək

  • By admin
  • 26 Oktyabr 2016 16:17

gemi

Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə yeni unikal gəmi-bərənin tikintisi üzrə müqavilənin imzalanma mərasimi keçirilib.

Gununsesi.info  xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev iştirak edir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev yeni unikal Ro-Pax/Bərə tipli gəminin tikintisi barədə məlumat verib, gəminin parametrlərini diqqətə çatdırıb.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, yeni gəmi ilə sərnişin, vaqonlar və avtomobillər daşınacaq.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti müsbət qiymətləndirilməlidir. Bu cür unikal konsepsiyaya malik və Xəzərdə ilk olan yeni Ro-Pax/Bərə tipli gəmilərin tikintisi üzrə sifarişin məhz Bakı Gəmiqayırma Zavodunda yerləşdirilməsinin çox sevindirici hal olduğunu bildirib. Bu sifariş Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhəmiyyətə malikdir və yalnız Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi üçün deyil, eyni zamanda Azərbaycanda yerli gəmiqayırma təcrübəsinin zənginləşməsi üçün çox mühüm bir hadisədir.

Gununsesi.info