Yeni baş nazirin adı açıqlandı - Yeni Zelandiyada

  • By admin
  • 12 Dekabr 2016 09:25

zelland-1

Yeni Zelandiyanın hakim Milli Partiyası ölkənin yeni Baş nazirini təyin edib. Bu, sabiq maliyyə naziri və Baş nazirin müavini Bill İnqlişdir.

Gununsesi.info “lemonde.fr” saytına istinadla bildirir ki, o, bu postda ötən həftə gözlənilmədən istefa verən Con Keyi əvəzləyəcək.

Sabiq Baş nazir Con Key istefasından sonra şəxsən özü Bill İnqlişin bu vəzifəyə namizədliyini irəli sürmüşdü.

Gununsesi.info