
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Reports” elmi-tədqiqat jurnalında dərc olunan məqalədə Hind okeanının dərinliklərində isti su mənbələri yaxınlığında 6 yeni canlı növünün kəşf edildiyi bildirilir.
İngiltərəli alimlər tərəfindən aşkar olunan yeni canlılar arasında açıq qəhvəyi rəngli xərçəng, dəniz ilbizi, okean soxulcanı və qum qurdu növləri var.
Okeanın dibindəki isti su mənbələri ilk dəfə 1977-ci ildə aşkarlanıb. O zamandan etibarən 400-dən çox yeni canlı növü kəşf edilib.
Gununsesi.info