
Həkimlər yeni doğulmuş oğlan uşağının qarnında əkiz qardaşını aşkar ediblər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, kimliyi açıqlanmayan 19 yaşlı gənc qadın sağlam oğlan uşağı dünyaya gətirib.
Bundan sonra həkimlər yeni doğulmuş körpənin qarnında beyni, qolları və qıçları tam şəkildə tamalanmış halda döl aşkar ediblər.
Hazırda tibbdə bu vəziyyət qeyri-normal, anomaliya kimi qiymətləndirilir.
İngiltərənin “Daily Mail” qəzeti yazır ki, hadisə Hindistanın qəribində baş verib. Məhz yeni doğulmuş oğlan uşağının qarnında əkiz qardaşını aşkar edilməsi nadir hallarda baş verir.
Belə ki, döl içində döl adlandırılan bu vəziyyət dünyada 200-cü dəfədir ki, rast gəlinir.
Qeyd edək ki, həkimlər yeni doğulmuş körpənin qarnındakı əkiz qardaşını əmliyyat yolu ilə götürüblər.

Anar
Gununsesi.info












